• Bakı 17° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

"Real Madrid"lə altı dəfə çempion olan qapıçı VƏFAT ETDİ - FOTO

İDMAN

29 Sentyabr 2025 | 01:00

Real Madridlə altı dəfə çempion olan qapıçı VƏFAT ETDİ - FOTO

Real Madrid və İspaniya millisinin sabiq qapıçısı Xose Arakistayn 88 yaşında dünyasını dəyişib. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Arakistayn 1961-1968-ci illər arasında Real Madrid klubunun heyətində 97 oyun keçirib. Bu dövrdə: 6 dəfə İspaniya çempionu olub,1 dəfə İspaniya Kubokunu qazanıb,

1966-cı ildə isə komanda ilə birlikdə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub.

1961-62 mövsümündə o, Zamora mükafatına layiq görülüb - bu mükafat hər oyuna ən az qol buraxan qapıçılara verilir.

Araquistain, İspaniya millisinin üzvü kimi 1962-ci il Dünya Çempionatında iştirak edib. Klub səviyyəsində isə o, Real Madrid-dən əvvəl və sonra Real Sosyedad, Elçe və Kastellon komandalarında da çıxış edib./Milli.az


SON XƏBƏRLƏR

28 Sentyabr 2025