NATO-nun baş katibi Mark Rutte ABŞ-ın Vest-Poyntdakı Hərbi Akademiyasında çıxışı zamanı Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı fikirlərini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Alyansın rəhbəri əmin edib ki, blok üzvləri Ukraynanı dəstəkləməyə davam edəcəklər.
“Birləşmiş Ştatlar və müttəfiqləri sülh gələndə bunun davamlı olmasını təmin etmək üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirlər”, - Rutte bildirib.
O qeyd edib ki, Ukrayna münaqişəsi "çox güman ki, danışıqlarla yekunlaşacaq".