• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

DMX bu əcnəbilərə müraciət etdi

CƏMİYYƏT

01 Iyul 2025 | 14:30

DMX bu əcnəbilərə müraciət etdi

Miqrasiya xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a Miqrasiya xidmətindən məlumat verilib.

Bildirilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci il tarixinədək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.


SON XƏBƏRLƏR