• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

İsveç Ukraynaya dəstək üçün 180 milyon dollar ayıracaq

DÜNYA

01 Iyul 2025 | 14:56

İsveç Ukraynaya dəstək üçün 180 milyon dollar ayıracaq

İsveç digər ölkələrə verilən iqtisadi yardımın strukturuna yenidən baxaraq, Ukraynaya dəstək üçün təxminən 180 milyon dollar göndərəcək. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin hökumət idarəsi bəyanat yayıb.

İsveçin Xarici Ticarət və Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dusanın sözlərinə görə, Ukrayna və ətraf rayonlara dəstək Avropa üçün ekzistensial əhəmiyyət kəsb edir və bu ölkə İsveçin xarici siyasətində əsas prioritetdir.

Bəyanata əsasən, İsveç hökuməti həmçinin Əfqanıstanla əməkdaşlıq proqramını, Asiya və Okeaniya ölkələri ilə regional inkişaf əməkdaşlıq strategiyasını mərhələli şəkildə ləğv etmək qərarına gəlib. Bildirilib ki, məqsəd iqtisadi yardımdan ticarətə keçməkdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR