Bakıda fəaliyyət göstərməyən Maşınqayırma Zavodunun ərazisində baş vermiş yanğın artıq söndürülüb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, müxtəlif sahələrdə ümumilikdə 300 kvadratmetr ərazidə qamışlıq yanıb.
Yanğın qısa müddət ərzində FHN-in qüvvələri tərəfindən məhdudlaşdırılaraq tam söndürülüb.
Əli Hüseynov
***
13:20
Bakıda fəaliyyət göstərməyən Maşınqayırma Zavodunun ərazisində yanğın baş verib.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ayrı-ayrı sahələrdə ümumilikdə 300 kvadratmetr ərazidə qamışlıq yanıb.
Yanğın qısa müddət ərzində məhdudlaşdırılıb.
Əli Hüseynov
***
13:11
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə idarəsinin əməkdaşları cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
Əli Hüseynov