• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

İran nüvə obyektlərinə dəyən ziyanı tez zamanda bərpa edəcək - Əraqçi

DÜNYA

01 Iyul 2025 | 14:20

İran nüvə obyektlərinə dəyən ziyanı tez zamanda bərpa edəcək - Əraqçi

"Diplomatiyanın qapıları heç vaxt bağlanmayacaq".

Bakıvaxtı.az "CBS" telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, açıqlamasında Vaşinqtondan gələn hərbi təhdidlərə son qoyulmasının ABŞ ilə danışıqların bərpası üçün şərt olduğunu deyib.

"Əməkdaşlığı bərpa etmək barədə qərar qəbul etmək üçün, ilk növbədə, Amerikanın danışıqlar zamanı bizə hərbi hücum etməyəcəyinə əmin olmalıyıq. Heç kim bombalamaqla uranın zənginləşdirilməsi texnologiyasını və elmini məhv edə bilməz. Əgər bu sənayedə irəliləyiş əldə etmək üçün bizim tərəfimizdən bir iradə varsa, zərəri tez bir zamanda bərpa edə və itirilmiş vaxtı kompensasiya edə bilərik. 12 günlük müharibə zamanı biz özümüzü müdafiə edə biləcəyimizi göstərdik və hər hansısa bir təcavüz halında bunu davam etdirəcəyik", - deyə Əraqçi vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR