• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat

CƏMİYYƏT

01 Iyul 2025 | 16:58

Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat

Səhiyyə Nazirliyi yanında İmişli Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. 

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 2020-ci ildən sözügedən quruma rəhbərik edən Rüstəmov Ərəstun Tofiq oğlu işdən çıxarılıb. Onun yerinə Əliyeva Billurə Musa qızı təyin edilib. 

Bununla bağlı nazir Teymur Musayev müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, bir müddət əvvəl Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi Publik Hüquqi Şəxsin direktoru İsayev Musa İsa oğlu vəzifəsindən azad edilib, yerinə Fətullayev İsa Məmmədsadıx oğlu təyin olunub. 

2019-cu ilin dekabr ayında Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiya ləğv edilərək yerində Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi Publik Hüquqi Şəxsi yaradılıb. Sözügedən mərkəzin direktoru Xəlilov Natiq Xəlil oğludur. 


SON XƏBƏRLƏR