• Bakı 23° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Rusiyada azərbaycanlı iş adamları, diaspor rəhbəri və oğlu saxlanıldı - VİDEO

DÜNYA

01 Iyul 2025 | 20:36

Rusiyada azərbaycanlı iş adamları, diaspor rəhbəri və oğlu saxlanıldı - VİDEO

Voronejdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları regionun ən böyük Alekseyevski bazarının şərikli sahibi Yusif Xəlilovu, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınskini, həmçinin “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevi saxlayıblar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. 

İnternetdə xüsusi təyinatlıların Xəlilovun malikanəsinə basqın edərək onu üzüstə yerə yıxdığı görüntülər yayılıb.

Xəlilovun Voronej vilayətindəki Azərbaycan diasporunun əməkdaşı olduğu bildirilir.

Hələlik başqa təfərrüatlar və ya rəsmi şərh yoxdur.

 

 


SON XƏBƏRLƏR

01 Iyul 2025