• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Tomas Müller İtaliyaya köçür?

İDMAN

01 Iyul 2025 | 23:15 | Müəllif: Subhan Mahmudov

Tomas Müller İtaliyaya köçür?

"Bavariya"dan ayrılmağa hazırlaşan Tomas Müller karyerasını İtaliyada davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə "Napoli" klubu yaxından maraqlanır.

Məlumata görə, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte Çempionlar Liqası üçün iddialı heyət formalaşdırmaq niyyətindədir. Təcrübəli mütəxəssis Tomas Mülleri komandasında görmək istəyir.

Qeyd edək ki, Almaniya millisinin üzvü Tomas Müller 2000-ci ildən "Bavariya"nın heyətində çıxış edir. O, əsas komandada keçirdiyi 755 rəsmi oyunda 250 qol vurub və 276 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR