• Bakı 32° C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

“Qarabağ”ın “Şkendiya” ilə oyunlarının vaxtı açıqlandı

İDMAN

31 Iyul 2025 | 12:02

“Qarabağ”ın “Şkendiya” ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə oyunlarının vaxtı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu ilk qarşılaşmanı səfərdə keçirəcək.

Şimali Makedoniyanın paytaxtı Skopyedəki matç avqustun 5-də baş tutacaq. Qarşılaşmanın start fiti  Bakı vaxtı ilə  22:00-da veriləcək. 

Cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 20:00-da start götürəcək.


SON XƏBƏRLƏR

31 Iyul 2025