• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan boksçuları Çində medal qazandılar

İDMAN

29 Avqust 2025 | 18:37 | Müəllif: Gülşən Şərif

Azərbaycan boksçuları Çində medal qazandılar

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb.

Bakıvaxtı.az xəbər verir ki, yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.

Boksçularımızdan Haqverdi Həsənov (63 kq) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, komandamız MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026