• Bakı 32° C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş - FOTO

İDMAN

31 Iyul 2025 | 13:47

Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş - FOTO

Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində minik avtomobili skuterlə hərəkət edən gənc qızı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 99-RN-005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin vurması nəticəsində həyatını itirən Ülviyyə Əhmədova peşəkar idmançı imiş.

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü olan Ülviyyə yelkən idman növü üzrə yarışlarda iştirak edib, bir sıra turnirlərdə mükafatlar qazanıb.

Qeyd edək ki, skuterlə hərəkət edən Ü.Əhmədova hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR

31 Iyul 2025