• Bakı 26° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Kaladze yenidən Tiflis meri vəzifəsinə namizəd oldu

DÜNYA

31 Iyul 2025 | 23:20

Kaladze yenidən Tiflis meri vəzifəsinə namizəd oldu

Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası oktyabrın 4-də keçiriləcək seçkilər ilə əlaqədar Tiflis meri vəzifəsinə Kaxa Kaladzeni namizədliyini rəsmi olaraq irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Mtatsminda Parkında Kaxa Kaladzenin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbir keçirilib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” komandası adından Kaxa Kaladzeni paytaxt merliyinə namizəd kimi irəli sürüb. Tədbirdə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili də iştirak edib.

Qeyd edək ki, K.Kaladze ilk dəfə 2017-ci ildə, ikinci müddətə isə 2021-ci ildə paytaxt meri seçilib.

Məlumat üçün bildirək ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.


SON XƏBƏRLƏR