• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lerikdə elektrik “Aztelekom”un əməkdaşını vuraraq öldürdü

HADİSƏ

31 Iyul 2025 | 22:58 | Müəllif: Subhan Mahmudov

Lerikdə elektrik “Aztelekom”un əməkdaşını vuraraq öldürdü

Lerikdə elektrik cərəyanı “Aztelekom” MMC-nin əməkdaşını vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Cəngəmiran kəndində baş verib.

Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Balı oğlu Həmidov təmir-bərpa işləri apararkən elektrik cərəyanı onu vurub. O, hadisə yerində ölüb.

S.Həmidovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026