• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Yasamalda oğurluq edən şəxslər tutuldu

HADİSƏ

30 Avqust 2025 | 16:57

Yasamalda oğurluq edən şəxslər tutuldu

Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər vətəndaşlara məxsus moped və mobil telefonları oğurlayıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 29 yaşlı H.Eminov və 26 yaşlı Ə.Abbasov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR