• Bakı 26° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Tərtər çayında 16 yaşlı yeniyetmə boğulub - YENİLƏNİB

CƏMİYYƏT

01 Avqust 2025 | 09:39

Tərtər çayında 16 yaşlı yeniyetmə boğulub - YENİLƏNİB

Tərtər çayında 16 yaşlı yeniyetmə boğulub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində baş verib.

    Məlumata görə, 2009-cu il təvəllüdlü Nihad Rüstəmov həmin çayın kənddən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

    ***

    21:38

    Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

    Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

    Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


    SON XƏBƏRLƏR