İsmayıllı rayonunda çayda batan şəxsin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı Qurbanov Faiq Qurban oğlunun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***16:26
İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.
Bakıvaxtı.az xəbər verir ki, xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.