Ermənistanda müxalifət səsləri iqtidarı ikiqat üstələyə bilər.
Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.
Belə ki, sosioloq Artur Paronyan erməni saytına müsahibəsində bildirib ki, rəsmi İrəvanda növbəti seçkilərdə müxalifət iqtidardan iki dəfə çox səs toplaya bilər. Onun sözlərinə görə, hakim "Vətəndaş Müqaviləsi" partiyasının reytinqi 36%-ə enib və bu göstərici azalmaqda davam edir.
Paronyan əlavə edib ki, əhalinin əksəriyyəti baş nazir Nikol Paşinyanın sülh modelini dəstəkləmir, seçicilərin yarısı isə ümumiyyətlə onu dinləmək istəmir.
Əli Hüseynov