• Bakı 26° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

"Sabah"ın baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"

İDMAN

31 Iyul 2025 | 22:37

Sabahın baş məşqçisi: Möhtəşəm qələbə qazandıq

"Sabah" "Petrokub"la qarşılaşmada möhtəşəm qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"a (Moldova) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Komandamıza dəstək olan hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Qarşılaşmada hər şey bizim xeyrimizə idi. Hesabda 2:0 öndə olarkən narahatlığım vardı. Düşünürdüm ki, arxayınlaşa bilərik. Sevindirici haldır ki, növbəti qolları vura bildik. Məşqçilər korpusu 1 həftə ərzində əllərindən gələni etdi ki, futbolçular arxayınlaşmasınlar".

Qeyd edək ki, Əlincə stadionunda keçirilən “Sabah” - “Petrokub” matçı ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) - “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR