• Bakı 25° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni iki medalla başa vurublar

İDMAN

30 Avqust 2025 | 14:32

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında fərdi yarışları iki medalla başa vurublar.

Bakıvaxtı.az-ın məlumatına görə, bu gün tatamiyə çıxan Məsumə Məmmədli (70 kq) 1/16 final mərhələsində Vanessa Karaffovaya (Çexiya) uduzub.

Sübhan Axundov isə (+90 kq) 1/8 finalda Kaito Tokita (Yaponiya) ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar. Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.


SON XƏBƏRLƏR