• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rasmus Hoylunn "Napoli"yə keçir

İDMAN

30 Avqust 2025 | 19:47 | Müəllif: Subhan Mahmudov

Rasmus Hoylunn "Napoli"yə keçir

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylunn İtaliyaya qayıdır.

Bakıvaxtı.az xəbər verir ki, "Napoli" danimarkalı forvardın transferi ilə bağlı razılıq əldə edib.

İtaliya çempionu 22 yaşlı futbolçunu 6 milyon avro müqabilində 1 illik icarəyə götürəcək. Neapol klubu müqavilədə göstərilən şərtlərə əsasən 44 milyon avro ödəməklə Hoylunnun transfer hüquqlarına sahib ola biləcək.

Xatırladaq ki, "Mançester Yunayted" Rasmus Hoylunnu 2023-cü ilin yayında "Atalanta"dan 77 milyon avroya transfer etmişdi. Danimarka millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 52 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026