• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Milan" "Qarabağ"ın rəqibindən hücumçu transfer etdi

İDMAN

30 Avqust 2025 | 14:24 | Müəllif: Gülşən Şərif

"Milan" "Qarabağ"ın rəqibindən hücumçu transfer etdi

İtaliyanın "Milan" klubu İngiltərə "Çelsi"si və Fransa millisinin futbolçusu Kristofer Nkunkunu transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "rossoneri"lərin rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

"Milan" Nkunkunun keçidi üçün qarşı tərəfə 35 milyon avro ödəyib.

Qeyd edək ki, Kristofer Nkunku 2023-cü ilin yayından "Çelsi"nin şərəfini qoruyurdu. O, London təmsilçisi ilə bütün turnirlərdə 62 oyun keçirib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Çelsi" "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026