• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

İDMAN

30 Avqust 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Gənclər və İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı əsasında 2-3 sentyabr tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin, bu turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026