• Bakı 25° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi 

İDMAN

30 Avqust 2025 | 14:11

Beşiktaşın yeni baş məşqçisi müəyyənləşdi 

16 qat Türkiyə çempionu "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu posta Sergen Yalçın təyin olunub.

52 yaşlı mütəxəssis "qara qartallar"la 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

O, daha əvvəl istefaya göndərilən Ule Qunnar Sulşeri əvəzləyib.

Qeyd edək ki, Sergen Yalçın artıq 2020/21 mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb. Yalçının son iş yeri “Antalyaspor” olub.


SON XƏBƏRLƏR