31.07.2025-ci il tarixində saat 00:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, Əhmədli qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
1 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi cinsli) isə həkiməqədər ölüm faktı qeydə alınıb.