• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoydu

İDMAN

31 Iyul 2025 | 11:27

Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoydu

“Qarabağ”ın ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Şelburn” klubunu məğlub etməsi (1:0) Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edib.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 18.375 xal olan ölkəmiz 1 pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Azərbaycan bu nəticə ilə Rusiyanı geridə qoyub.

Müəyyən səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pilləyə geriləyib.

Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026