• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

XİN: Rusiya "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edir

DÜNYA

01 Iyul 2025 | 14:36

XİN: Rusiya 3+3 formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edir

Rusiya "3+3" formatını Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin artırılması, ölkələr və iştirakçılar arasında qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl və harmonik əməkdaşlığın təmin edilməsi üçün vacib hesab edir.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF XİN-in MDB ölkələri üzrə IV departamentinin direktor müavini Dmitri Masyuk "Maşuk" bilik mərkəzində Qorçakov Fondunun "Qafqaz dialoqu" elmi-təhsil proqramının açılışında bildirib.

"Gələcəkdə bu formatı Avrasiya təhlükəsizlik arxitekturasının dayaq elementlərindən biri kimi nəzərdən keçiririk. Əminik ki, qapıları açıq qalan Gürcüstan da daxil olmaqla, bütün üzvlərin "3+3" işində fəal iştirakı bütün regionun uğuru və rifahının təminatı olacaq", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR