• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Elşad Quliyev: “İnanıram ki, tələbələrin Avropa çempionatında istəyimizə nail ola biləcəyik”

İDMAN

01 Iyul 2025 | 14:43

Elşad Quliyev: “İnanıram ki, tələbələrin Avropa çempionatında istəyimizə nail ola biləcəyik”

Azərbaycanın tələbələrdən ibarət futzal komandasının baş məşqçisi Elşad Quliyev Avropa çempionatına hazırlıqları dəyərləndirib.

Mütəxəssis bu barədə Bakıvaxtı.az-a açıqlama verib.

O, heyətin gənc oyunçulardan təşkil olunduğunu söyləyib:

“Əslində Avropa çempionatına hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Fiziki hazırlıq dövrünü geridə qoymuşuq. Bu gündən məşqləri zalda davam etdiririk, taktiki-texniki hazırlıq keçirik. Heyətimiz pis deyil, cavan oyunçulardır. Demək olar ki, əksəriyyəti futzal oynayanlardır. Kənan Manafovu, Xəzər Ağalızadəni, Ülvi Əliyevi, Eldar Zeynalovu, Vladislav Reznovu, Nurlan Mehdizadəni, Fərid Abbasovu, minifutboldan gələn Vüsal İsayevi qeyd edə bilərəm”.

Baş məşqçi qrupdan çıxacaqlarına ümid edir:

“Ötən il Universiadada beşinci yeri tutmuşduq. Penaltilər seriyasında məğlub olduğumuz İspaniya yığması isə çempionluğu qazanmışdı. Bu il daha yaxşı nəticə əldə etmək istəyirik. Əsas məqsədimiz qrupdan çox güc itirmədən çıxmaqdır. Əvvəl reytinqimizə görə dördüncü səbətdə idik. Burdan irəli getmək çox çətindir. Çünki qrupda daha güclü olan iki komandanı keçməlisən. Hesablamalarıma görə bu dəfə ikinci səbətdə yer almalıyıq. Belədə qrupda bizdən güclü cəmi bir komanda olacaq. Fiziki durumumuz yaxşıdır, potensialımız var, heyətimiz genişdir. Avropa çempionatında 24 komanda iştirak edəcək. İnanıram ki, istəyimizə nail ola biləcəyik".

Qeyd edək ki, Xorvatiyada keçiriləcək Avropa çempionatının püşkü iyulun 16-da atılacaq. Ayın 17-də isə yarışa start veriləcək.


SON XƏBƏRLƏR