• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

İran-İsrail münaqişəsi yenidən alovlana bilərmi? - AÇIQLAMA

DÜNYA

01 Iyul 2025 | 15:18

İran-İsrail münaqişəsi yenidən alovlana bilərmi? - AÇIQLAMA

Məlumdur ki, 12 günlük İran-İsrail müharibəsindən sonra Vaşinqtonun vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs hər iki tərəfin geri çəkilməsinə səbəb oldu.

Bakıvaxtı.az xatırladır ki, razılaşma İsrailin 12 gün ardıcıl olaraq İrana hava zərbələri, İranın İsrailə raket və pilotsuz təyyarə hücumları və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasından sonra baş tutub. İran İsrailin hücumlarını dayandırdığı müddətcə atəşi dayandırmağa hazır olduğunu, İsrail hökuməti isə “məqsədlərə çatdıqdan sonra” bu təkliflə razılaşdığını bildirib.

Lakin regionda gərginliyin hələ də yüksək olaraq qalması danılmazdır. BMT müvəqqəti atəşkəslə bağlı bəyanat yayaraq bildirib ki, atəşkəs daha formal xarakter daşıyır və adətən atəşkəsin məqsədi sonrakı siyasi proses və digər amilləri əhatə edir. Onu da qeyd edək ki, atəşkəsdən sonra İran hava məkanını yenidən açıb.

Maraqlıdır ki, qarşıdakı dövrdə İran-İsrail münaqişəsi yenidən alovlana bilərmi?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, atəşkəs imzalansa da, bu atəşkəsin nə dərəcədə faydalı olacağına heç kim zəmanət verə bilməz:

"İran-İsrail münaqişəsinin kökləri dərindir. Görünən odur ki, bu məsələ hələ tam yekunlaşmayıb”.

Onun sözlərinə görə, atəşkəs o qədər kövrəkdir ki, hər an unudulması mümkündür. Bu baxımdan atəşkəsin hansı müddətə qədər qüvvədə qalacağı naməlumdur.

Samir Hümbətov: Görünən odur ki, bu məsələ hələ tam yekunlaşmayıb

“Əslində İran çox dərinə getmək istəmir. İran başa düşür ki, İsraillə baş verə biləcək istənilən qarşıdurmaya ABŞ, Böyük Britaniya da qarışa bilər. Ona görə də İran münaqişədən yayınmağa çalışır. Lkin İranın zərbələri İsrailin diqqətindən kənarda deyil", - deyə Samir Hümbətov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR