• Bakı 23° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Gəncə Dram Teatrında “M.S.S” tamaşasının premyerası keçirildi - FOTOLAR

CƏMİYYƏT

01 Iyul 2025 | 16:39

Gəncə Dram Teatrında “M.S.S” tamaşasının premyerası keçirildi - FOTOLAR

Gəncə Dövlət Milli Dram Teatrında “M.S.S” tamaşasının premyerası keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb.

Həmin sərəncama əsasən Gəncə Dövlət Milli Dram Teatrının nəzdində “İkinci nəfəs” teatr-studiyası fəaliyyətə başlayıb. 

Tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnmiş eyni zamanda görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak ediblər.

Tədrisin yekun qiymətləndirilməsi və hesabat tamaşasının hazırlanması üçün teatra dəvət olunan gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S” pyesi əsasında eyniadlı tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunub. 

Yeni səhnə əsərinin quruluşçu rəssamı Mirzə Mehdi, Musiqi tərtibatı Zaur Rəşidov və Elşən Cəfərova məxsusdur.

Tamaşada “İkinci Nəfəs” teatr-studiyasının tələbələri ilə yanaşı teatrın aktrisaları Zəminə Cəfərova və Sevinc Hüseynova çıxış ediblər.

Tamaşa qəbul olunaraq teatrın repertuarına daxil edilib.


SON XƏBƏRLƏR