• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

İsrailin Qəzza blokadası uşaqları aclıq və xəstəliklərlə üz-üzə qoyur

DÜNYA

01 Iyul 2025 | 16:53

İsrailin Qəzza blokadası uşaqları aclıq və xəstəliklərlə üz-üzə qoyur

İsrailin martın 2-dən etibarən Qəzza zolağına tətbiq etdiyi sərt blokada bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, blokada nəticəsində əsas ərzaq məhsullarının, dərman preparatlarının və tibbi ləvazimatların çatdırılması demək olar ki, dayandırılıb. Bu vəziyyət xüsusilə uşaqlar arasında ciddi fəsadlara yol açıb.

Qəzza zolağında minlərlə uşaq qida çatışmazlığından əziyyət çəkir. Beynəlxalq humanitar təşkilatların hesabatlarına görə, uşaqlar arasında zəifləmə, böyümə geriliyi və yoluxucu xəstəliklərə qarşı həssaslıq artıb. Tibbi yardımın məhdudluğu isə xəstə uşaqların sağ qalma imkanlarını daha da azaldır.

Ekspertlər xəbərdarlıq edirlər ki, uzunmüddətli blokada nəinki uşaqların sağlamlığına, həm də gələcək nəsillərin inkişafına ciddi zərbə vurur. Humanitar yardımın qarşısının alınması beynəlxalq hüquqa zidd hesab olunur və bu vəziyyətə təcili müdaxilə zəruridir.

Əli Hüseynov


SON XƏBƏRLƏR