Almaniyanın Kansleri Fridrix Merts Slovakiya hökuməti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı danışıqların həlledici mərhələyə daxil olduğunu bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, o bu bəyanatı ARD telekanalına müsahibəsində verib.
"Yeni sanksiyalar, 18-ci paket, Slovakiya hökuməti ilə danışıqların son mərhələsində diqqət mərkəzindədir. Biz problemi həll etməyə çalışırıq. İndi işgüzar səviyyədə kompromis axtarılır, o tapılacaq və sonra 18-ci sanksiya paketi qüvvəyə minəcək. Biz bunu həyata keçirəcəyik", - deyə kansler bildirib.
Onun sözlərinə görə, "bu, 3,5 il ərzində ən sərt paketdir".