• Bakı 18° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıldı

HADİSƏ

13 May 2025 | 18:24

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıldı

Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR