12.06.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən yanğın baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Xəsarət alanların olmadığı bildirilib.
Mina Mikayılova