• Bakı 32° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Beyləqanda 9 nəfər saxlanılıb

HADİSƏ

12 Iyul 2025 | 09:33

Beyləqanda 9 nəfər saxlanılıb

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Elməddin Sadıqov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və marixuana aşkarlanıb.

    Bundan başqa, polis əməkdaşları tərəfindən rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən daha 8 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    11 Iyul 2025