• Bakı 29° C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Zəngilanda yanğın törədən şəxs müəyyən edildi

HADİSƏ

11 Avqust 2025 | 08:38

Zəngilanda yanğın törədən şəxs müəyyən edildi

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.


SON XƏBƏRLƏR

10 Avqust 2025