• Bakı 25° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Astarada əməliyyat - 23 kq narkotik...

HADİSƏ

12 Iyun 2025 | 16:50

Astarada əməliyyat - 23 kq narkotik...

Astarada rayonunda 23 kq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda keçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR