• Bakı 16° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş

HADİSƏ

13 May 2025 | 19:47

Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

Bakıvaxtı.az  "TV5 Gəncə Xəbər"ə istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış. Məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.


SON XƏBƏRLƏR

13 May 2025