• Bakı 18° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu

HADİSƏ

13 May 2025 | 19:21

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarət buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq ADY-nin mətbuat xidmətindən bildirilib.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

“ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.

Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur” - məlumatda qeyd olunur.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində Şəmkir rayonunun Sabirkənd kənd sakini İbrahim Məmmədova məxsus 37 baş xırdabuynuzlu heyvan tələf olub.


SON XƏBƏRLƏR