• Bakı 16° C

    11.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

“Pulu hələ də vermir” - Tanışını döyüb, peşman deyil

HADİSƏ

14 May 2025 | 09:31

“Pulu hələ də vermir” - Tanışını döyüb, peşman deyil

Tanışına 250 manat borca pul verən, aylar keçsə də, geri ala bilməyən şəxs onu döyüb. 

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən Soltanbud təpəsində baş verib.

Röyal tanışı Nicatın başına iki dəfə yumruqla vuraraq ona xəsarət yetirib. Buna səbəb Röyalın Nicatdan aldığı 250 manat pulu geri qaytarmaması olub. Röyal 250 manatı 10 gün ərzində qaytaracağı vədi ilə alıb. 3 ay keçməsinə baxmayaraq, qaytarmayıb. Bu da Nicatı qəzəbləndirib və bir neçə dəfə mübahisə ediblər. Sonuncu mübahisə zamanı Nicat Röyalı döyüb.

Nicat bu günə qədər pulunun qaytarılmamasına görə Röyalı vurduğu üçün peşman olmadığını deyib.

Röyal Nicatdan aldığı pulu qaytara bilmədiyini etiraf edib. Maraqlıdır ki, Röyal Nicatdan şikayətçi olub və ona cəza verilməsini istəyib.

Təqsirləndirilən Nicat ilk dəfədir cinayət əməli törətməsini, himayəsində azyaşlı uşağın olmasının nəzərə alınaraq barəsində yüngül cəza çıxarılmasını istəyib.

Məhkəmənin hökmü ilə Nicat qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.


SON XƏBƏRLƏR