• Bakı 13° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bakıda oğurluq edən iki nəfər saxlanıldı

HADİSƏ

15 Mart 2025 | 14:49

Bakıda oğurluq edən iki nəfər saxlanıldı

Bakının Xəzər və Nəsimi rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xəzər rayonu ərazisində bir nəfərin avtomobilindən 1900 manat pul və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı P.Talıbov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 970 manat pulu və 730 manat dəyərində televizoru oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

14 Mart 2025