• Bakı 16° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bakı-Ələt yolunda yük maşını yanıb 

HADİSƏ

15 Mart 2025 | 14:13

Bakı-Ələt yolunda yük maşını yanıb 

Hadisə bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolun 55-ci kilometrliyində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı iri həcmli yük maşınında hərəkətdə olarkən yanğın baş verib.

Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək şəxsi heyət və yanğınsöndürən avtomobili ilə qısa müddətdə yanğın söndürülüb.


SON XƏBƏRLƏR

14 Mart 2025