Batıgöz Sağlamlıq Qrupu Sumqayıt şəhərində yeni filialını açıb.
Bakıvaxtı.az xəbər verir ki, bu addım bölgə sakinlərinin göz sağlamlığı xidmətlərinə əlçatanlığını artırmaq məqsədi daşıyır. Yeni klinika müasir avadanlıqlar və təcrübəli həkim heyəti ilə xidmət göstərir.
Klinika Sumqayıt şəhəri, Bulvar küçəsi 143 ünvanında yerləşir.
Əlaqə nömrələri: 012 310 40 33, *4033 və +994 10 310 83 31 (WhatsApp).
Qeyd edək ki, Batıgöz Sağlamlıq Qrupu qabaqcıl texnologiyaları tətbiq edən və sahəsində ixtisaslaşmış həkim heyəti ilə həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən bir sağlamlıq qurumudur.
Sumqayıt filialının açılması ilə Batıgöz Azərbaycan üzrə xidmət şəbəkəsini genişləndirərək daha çox insana keyfiyyətli göz sağlamlığı xidmətləri təqdim etməyi hədəfləyir.