Aprelin 14-də saat 18:20 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (4 qadın, 2 kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi və kəskin qastrit diaqnozları təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", məlumatda deyilir.
***
14.04.2025
20:17
Gəncədə 6 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Bakıvaxtı.az xəbər verir ki, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü N.Cabbarova, 2001-ci il təvəllüdlü J.Tamirazova, 2007-ci il təvəllüdlü N.Quliyeva, 1988-ci il təvəllüdlü X.Mehdiyeva, 2005-ci il təvəllüdlü F.Cabbarov və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.