Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təcili tibbi yardım avtomobillərinin daxili təchizatının və yeni yaradılan geolokasiyaların maddi-texniki bazasının artırılması istiqamətində bir sıra satınalmalar həyata keçirilib və 1 milyon manat dəyərində avadanlıq satın alınıb.
Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, alınan avadanlıqlar arasında 64 xəstəbaşı monitor, 64 şırınqa pompası, 64 infuziya pompası, venadaxili infuziyalar üçün 64 pompa, 32 ədəd 4 motorlu çarpayı, 32 ədəd 3 motorlu çarpayı və digər avadanlıqlar yer alır.