Perunun Baş naziri Qustavo Adrianzen istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, Baş nazir konqresdə ona qarşı verilən etimadsızlıq təklifi sonrası vəzifəsindən istefa edib.
Məlumata görə, paytaxt Limada xalqa müraciət edən Adrianzen istefasını Prezident Dina Boluarteyə təqdim edərək bildirib:
"Hörmətli prezident, ölkənin maraqları naminə bu gün sizə Nazirlər Kabinetinin sədri vəzifəmdən geri dönməz şəkildə istefa etdiyimi bildirmək istəyirəm”.
Vəzifəsini ölkənin çətin dövrlərində böyük məsuliyyətlə yerinə yetirdiyini vurğulayan Adrianzen qeyd edib:
"Əminəm ki, bu gün tamamladığımız tarix səhifələri yalnız uşaqlarımızın və nəvələrimizin oxuyacağı səhifələrdir. Lakin o zaman ədalət yerini tapacaq”.
Qeyd edək ki, müxalifət partiyaları Adrianzenin ölkədə artan zorakılıq hadisələri ilə mübarizədə yetərsiz qaldığını iddia edərək Konqresə etimadsızlıq təklifi təqdim ediblər.
Xatırladaq ki, Peruda qısa müddət əvvəl Pataz bölgəsində 13 mədənçinin qaçırılıb öldürülməsi hadisəsi sonrası Adrianzen kəskin şəkildə tənqid olunmuşdu.
Əli Quliyev,
BDU-nun Jurnalistika Fakültəsinin IV kurs tələbəsi.
Bakıvaxtı.az