İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.
Bildirilib ki, bu hücum İranın elmi potensialına və texnoloji inkişafına ciddi zərbə vurmaq məqsədi daşıyıb. Çünki sözügedən alimlər ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb və beynəlxalq elmi dairələrdə tanınmış mütəxəssislər olub.
“Məhəmmədmehdi Tehranci İran Azad Universitetinin rektoru və nüvə fizikası sahəsində tanınmış alim idi. Feridun Abbasi isə əvvəllər İranın Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsində çalışıb və 2010-cu ildə ona qarşı sui-qəsd cəhdi olub”, - məlumatda qeyd edilib.
***
08:16
İsrailin hava hücumu zamanı İranın nüvə alimi Məhəmməd Mehdi Tehrançı və Feridun Abbasi də həyatını itirib.
Bakıvaxtı.az bu barədə İran medaisına istinadla xəbər verir.
Qeyd edək kii,İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei də xalqa müraciətində hava zərbələri zamanı bir neçə komandir və alimlərin həlak olduğunu təsdiqləyib.
Murad Məmmədli