• Bakı 16° C

    13.93 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Məktəb direktorları sertifikasiyaya cəlb olunsunlar - TƏKLİF

CƏMİYYƏT

14 May 2025 | 09:20

Məktəb direktorları sertifikasiyaya cəlb olunsunlar - TƏKLİF

Müəllimlərin biliklərinin yoxlanması, eləcə də tədrisdə peşəkar kadrların saxlanılması məqsədilə hər il müvafiq ixtisaslar üzrə sertifikatlaşdırılma imtahanları keçirilir. Ancaq müəllimlərdən fərqli olaraq məktəb direktorları üçün bu kimi imtahanlar təşkil olunmur. Bəzi hallarda direktorlarla bağlı xoşagəlməz halların yaşanması onların sertifikatlaşdırma prosesinə cəlb edilməsi mövzunu gündəmə gətirir.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, direktorların da sertifikatlaşdırma prosesinə cəlb olunması vacibdir:

“Vaxtilə müxtəlif üsullarla direktor olan şəxslər var ki, ən azından onların kənarlaşdırılmasını istəyirik. Direktorların təhsil haqqında qanunvericilik və digər hüquqi aktlarla bağlı bilik və bacarıqlarının hansı yerdə olması yoxlanılmalıdır. Əgər fənn tədrisi də həyata keçirirlərsə, bununla bağlı da yoxlamalar aparılmalıdır. Bütün bunlara cavab verə bilməsələr, ümumiyyətlə, sertifikasiya prosesindən keçə bilməsələr, onların tədricən prosesdən kənarlaşdırılması vacibdir”.

Ekspert bildirib ki, bu gün vaxtilə korrupsiya, yaxud tanışlıq yolu ilə vəzifə tutmuş direktorlar var:

“Onların bilik və bacarıqlarının yoxlanılması, uyğun olmayanların kənarlaşdırıması vacibdir. Həmin direktorlar ilk növbədə Elm və Təhsil Nazirliyi tərəfindən nəzarətdə olmalıdır. Direktorların xərcləri də nəzarətdə olmalıdır. Əgər şəxsin maaşı ilə xərcləri üst-üstə düşmürsə, nazirlik tərəfindən müvafiq qurumlara məlumat verilməlidir”.


SON XƏBƏRLƏR