• Bakı 22° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

DİQQƏT: Paytaxtın bu ərazilərində qaz olmayacaq

CƏMİYYƏT

12 Iyun 2025 | 22:46

DİQQƏT: Paytaxtın bu ərazilərində qaz olmayacaq

“Xocahəsən” və “Sulutəpə” əhali orta təzyiqli qaz xətləri üzərində tənzimləyicinin yer səthindən dayaqlar üzərinə qaldırılması və quraşdırılması, eləcə də Yasamal rayonu, Kənar Dairəvi 38 ünvanında qaz sızmasının ləğvi məqsədilə 13.06.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin, Yasamal rayonu üzrə isə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, A.M.Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR