• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Pulla attestat verilməsi ilə bağlı iddialara - RƏSMİ CAVAB

CƏMİYYƏT

12 Iyun 2025 | 19:19 | Müəllif: Subhan Mahmudov

Pulla attestat verilməsi ilə bağlı iddialara - RƏSMİ CAVAB

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb. 

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Qeyd edək ki, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia olunmuşdu. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026